"Qarabağ"ın forvardı Redon Cica yeni mövsümə böyük ehtimalla fərqli komandada başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, albaniyalı hücumçunun ölkəsinə qayıtmaq ehtimalı yüksəkdir.
Ağdam klubuna transferindən sonra tez-tez oynasa da, sonradan ehtiyata düşən Cica bu durumdan narazıdır. Ona görə də, o, özü üçün daha çox oynayacağı komanda axtarır.
"Tirana" isə Cicanı tez bir zamanda geri qaytarmağa hazırdır. Mövsümün sonunda Albaniya klubunun icarə əsasında sabiq forvardını geri qaytaracağı gözlənilir.
Redonun xidmətində Premyer Liqa klublarımız və fərqli ölkələrin də klubları maraqlıdır. Mövsümün son oyunundan sonra albaniyalı hücumçunun sezona harada başlayacağı dəqiqləşəcək.
25 yaşlı hücumçu 2023-cü il yanvarın 24-də "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
saytlarin hazirlanmasi