"Sumqayıt" - "Zirə" matçının biletləri satışa çıxarıldı - FOTO

20:48 - 8 Aprel 2024

Azərbaycan Premyer Liqasnın 30-cu turunun matçlarından biri də "Sumqayıt" və "Zirə" klubları arasında keçiriləcək.

Sportal.az xəbər verir ki, "Sumqayıt" mətbuat xidməti vasitəsilə oyun üçün biletlərin satışa çıxarıldığını elan edib: 

"12 aprel, saat 19:00-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək "Sumqayıt" - "Zirə" qarşılaşmasına bilet satışı bu gündən start götürüb.

Partnyorlarımızdan Birbank ilə sizi düşünərək yeni kampaniyaya start veririk. Belə ki, iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə edəcəksiniz. Biletlərinizi almağa tələsin".

Xəbər xətti