Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə birinci liqasında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, İstanbul klubu "Giresunspor"un qonağı olub.
Matç "Tuzlaspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bəxtiyar meydana start heyətində çıxıb, sona qədər oynayıb. Millimizin üzvü komandasının üçüncü qolu zamanı asist edib.
"Tuzlaspor" birinci liqada 29 turdan sonra 31 xalla 15-ci pillədədir.
saytlarin hazirlanmasi