Musa oynamadı, "Yurqorden" bərabərə qaldı

09:18 - 9 Aprel 2024

İsveç çempionatında ikinci turun görüşləri baş tutub.

Sportal.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" növbəti oyununu keçirib.

Musanın komandası "Hakken"lə üz-üzə gəlib. Matç 3:3 hesabı ilə yekunlaşıb.

Millimizin forvardı meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb. “Yurqorden” 4 xalla 5-ci pillədədir. 

Xəbər xətti