Dünya reytinqi açıqlandı: "Qarabağ"ın mövqeyi dəyişdi

10:29 - 9 Aprel 2024

Klubların dünya reytinqi açıqlanıb.

Sportal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların reytinq siyahısını yeniləyib.

Həmin cədvəldə ölkəmizdən üç klub yer alıb. 

"Qarabağ" (176,5 xal) 13 pillə irəliləyərək 48-cı pillədə özünə yer edə bilib. "Neftçi" (62 xal) 377-ci, "Sabah" isə (58,75 xal) isə 413-cü pillədədir.

Dünya reytinqinə isə 401 xala malik "Mançester Siti” rəhbərlik edir.

Xəbər xətti