Azərbaycan millisi İsveçrəyə qarşı

10:32 - 9 Aprel 2024

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, millimiz B Liqasının 1-ci qrupu çərçivəsində İsveçrə millisi ilə üz-üzə gələcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv qrupda ilk görüşündə Macarıstanla səfərdə 1:1 oynayıb.

AVRO-2025, Qadınlar
Seçmə mərhələ, II tur

9 aprel

Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar)
"Dalğa Arena". Saat 16:00
Baş hakim: Alina Pesu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir

Xəbər xətti