"Macarıstanla görüşdə qələbə qazanmaq istəyərdik. Lakin ən azından bir xal qazanmaq da yaxşı nəticədir. Çünki həqiqətən də rəqibimiz çox güclü komanda idi. Amma nə qədər çətin keçsə də, sonda xal qazanmağı bacardıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında qadın futbolu üzrə Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə deyib.
AVRO-2025-in seçmə mərhələsinin ilk görüşündə yığmamız Macarıstanla səfərdə bəraəbər qalıb-1:1. Bu gün isə Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv İsveçrə önünə çıxacaq. Cəfərzadə isə millimizin bu gün uğurlu nəticəsinə davam etməyi planlaşdırdığını söyləyib:
"Əslində, İsveçrəni məğlub etsək, qrupdan çıxmaq iddiasını ortayaq qoymaq mümkündür. Lakin etiraf edək ki, İsveçrə millisi çox güclü komandadır. Bunu da hamı bilir. Qrupun favoriti elə İsveçrə yığmasıdır. Bizi bu gün çox ağır oyun gözləyir. Amma buna baxmayaraq, sona qədər vuruşacağıq, mübarizə aparacağıq. Necə olacağını zaman və oyun göstərəcək. Ümidvaram ki, hər şey bizim üçün yaxşı alınacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi