İsveçrənin qadınlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Pia Sundhag AVRO-2025-in seçmə mərhələsinin B1 qrupunda bu gün Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri ikinci oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis paytaxtımızdakı matçın çətin olacağını vurğulayıb:
"Aydın məsələdir ki, Azərbaycan da çox güman ki, topun sahibliyini bizə verəcək növbəti komandadır. Azərbaycan millisindən döyüşkən oyun gözləyirik. Yəqin ki, dərin müdafiəyə çəkilib, əks-hücumları gözləyəcəklər. Türkiyə ilə oyun (3:1) göstərdi ki, belə matçlarda standart vəziyyətlər çox çox dəyərli ola bilər. Azərbaycan dünya reytinqində mövqeyinə görə qrupda ən zəif komandadı? Məsələyə bu prizmadan baxmaq təhlükəlidir. İlk dəfə Azərbaycana qarşı oynamaq çox gözəl olacaq".
Qeyd edək ki, Azərbaycan – İsveçrə görüşü bu gün “Dalğa Arena”da keçiriləcək və oyuna 16:00-da start veriləcək.
saytlarin hazirlanmasi