Portuqaliyanın "Eştoril" klubunun müdafiəçisi Elyakim Manqala 2014-cü ildə "Mançester Siti"yə transferini xatırlayıb.
Sportal.az xəbər verir ki, "A Bola" nəşrinə danışan Manqala vaxtı ilə onun üçün 50 milyon ödənildiyini bu cür şərh edib:
"Transferimin 50 milyon avroya başa gəldiyini mənə deyiləndə, şoka düşdüm. Çünki böyük pullardır. Məncə, heç bir insan 50 milyon avro dəyərində deyil. Sənayenin, biznesin bir hissəsi olanda istər-istəməz adi həyatdan kənar bir məntiqə girirsən, amma heç kim bu və ya daha yüksək qiymətə dəyməz. Mənim üçün 50 milyon avro ödədilər, amma o qədər də dəyərli deyildim. Amma bu mərhələdə keçmək inanılmaz təcrübədir, çox xoşum gəlmişdi".
2013-2016-cı illərdə Fransa millisində 8 oyun keçirmiş 33 yaşlı müdafiəçi “Standart”, “Porto”, “Mançester Siti”, “Valensiya”, “Everton”, “Sent-Etyen” klublarında çıxış etdikdən sonra 2023-cü ildə “Eştoril”lə anlaşıb.
saytlarin hazirlanmasi