Azərbaycan millisinin üzvü Höccət Haqverdi böyük ehtimalla yeni mövsümə başqa komandada başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, müdafiəçinin xidmətində xarici klublar maraqlıdır. Məlumata görə, 31 yaşlı müdafiəçi də “Neftçi”də qalmaq niyyətində deyil və ölkə xaricində oynamağı planlaşdırır.
Onun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Haqverdinin yeni mövsümə başqa komandada başlayacağına artıq qərar verdiyi bildirilir.
Son anda dəyişiklik olmasa, o, “Neftçi”də qalmayacaq. Azərbaycan millisinin üzvü İranda “Abumoslem”, “Zob Ahan”, “Paykan”, “Traktor”, Azərbaycanda isə “Sumqayıt” klubunun formasını geyinib.
saytlarin hazirlanmasi