Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXIX tur
06.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXIX turun “Qarabağ” – “Səbail” oyununda “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
07.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
07.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi