Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
03.04.2024-cü il tarixində I Liqada XX turun “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İmişli” klubu 150 manat cərimə edilir (maddəə 39.1);
04.04.2024-cü il tarixində I Liqada XX turun “İrəvan” – “Araz Saatlı” oyununun 50-ci dəqiqəsində “İrəvan” klubunun 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “İrəvan” klubu 50 manat cərimə edilir (maddə 36.5);
04.04.2024-cü il tarixində I Liqada XX turun “İrəvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
05.04.2024-cü il tarixində I Liqada XX turun “Zaqatala” – “Karvan” oyununun 54-cü dəqiqəsində “Karvan” klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Karvan” klubu 150 manat cərimə edilir (maddə 39.1);
05.04.2024-cü il tarixində I Liqada XX turun “Zaqatala” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);
05.04.2024-cü il tarixində I Liqada XX turun MOİK – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
saytlarin hazirlanmasi