"Neftçi" - "Araz-Naxçıvan" matçının biletləri satışda

16:10 - 9 Aprel 2024

Azərbaycan Premyer Liqasının “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../neftci-pfk-araz-naxcivan.../115182

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması 13 aprel tarixində, saat 19:00-da "Neftçi Arena"da keçiriləcək.

Xəbər xətti