Bu mövsüm Azərbaycan Premyer Liqasında hakim səhvləri kifayət qədər çoxdur. Son olaraq 30-cu turun "Neftçi" - "Sumqayıt" matçında baş hakim Elçin Məsiyevin qərarları narazılıq yaradıb.
Mövzu ilə bağlı sabiq FIFA referisi Tahir Süleymanovun fikirlərini öyrəndik. Sportal.az saytına danışan Tahir bəy bu mövsüm səhvlərin sistematik hal aldığını bildirib:
"Epizodlar idman ictimaiyyəti arasında çox müzakirə edilib, yenidən münasibət bildirməyə elə bir ehtiyac da yoxdur. Tək bir qarşılaşma deyil, çempionatın startından başlayaraq hakim idarəçiliyi səhvləri sistematik hal alıb. Belə olduqda, fərdi olaraq hansısa hakim və ya epizod yox, bu sahədə ümumi durum, vəziyyət müzakirə edilməlidir.
Ən problemli tərəflərdən biri, referi-VAR anlaşmasının olmaması, oyunlarda tez-tez fikir ayrılığının yaranmasıdır. Barış Şimşək VAR təlimatçısıdır və Hakimlər Komitəsinin rəhbəri kimi məsuliyyət birbaşa onun üzərinə düşür. Xüsusi qeyd edilməlidir, Azərbaycan futbolunda hakimlər üçün çox münbit şərait yaradılıb və bunun qarşılığı yaşıl meydanlarda səviyyəli idarəçiliklə verilməlidir. Təəssüf ki, əksi baş verir".
Elçin Əlixan
saytlarin hazirlanmasi