"Azər Bağırovun gedişi məni şoka saldı, getməyə layiq deyildi"

11:18 - 10 Aprel 2024

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev Sportal.az saytına açıqlama verib.

O, komandadan Azər Bağırovun ayrılmasına münasibət bildirib. Belə ki, 39 yaşlı mütəxəssisin ayrılığı onun üçün gözlənilməz olub:

"Azər Bağırovun gedişi məni şoka saldı. Son matçda "Kəpəz"i udmağa yaxın idi, lakin sonda uduzduq. Qol epizodlarından istifadə edə bilmədikcə, heç bir komandanı uda bilməzsən. Həqiqətən qış fasiləsindən sonra ağır oldu. Əslində, pis oynamırıq. Nəticə üçün qol çatışmırdı. Hücumda dişsiz olurduq, rəqib isə qol epizodu yaradır, istifadə edir. Bizim problemimimiz epizodları reallaşdıra bilməməkdədir. Halbuki, onları vursaq, uduzmazdıq. Oyunları analiz edirdik. Çalışırıq ki, düzgün edək. Bəlli problemlər var ki, bu yerdəyik. Deyim ki, rəqiblər bizi çox üsətləyir, bərbad oynayırıq, xeyr, elə deyil. Sadəcə problem hücumdadır, qol vura bilmirik. Azər Bağırovun gedişinə isə inana bilmirəm. Oyundan sonra belə söhbət olmamışdı. Bizim işimiz futbol oynamaqdır. Lakin Azər müəllim getməyə layiq deyildi. Yəqin ki,özü getmək istəyib. Onun gördüyü iş göz qabağındadır. Azər müəllimin yeri mənim üçün tam fərqlidir. Onun yerini heç kim tuta bilməz. O, mənim üçün böyük qardaş, dost olub. Məşqçi və insan kimi ona hörmətim yüksəkdir. Allah onun yolunu açıq etsin, hər şeyin ən yaxşısına layiqdir".

Naxçıvan təmsilçisinin aparıcı futbolçusu Elmar Baxşıyevin təyinatı ilə bağlı isə belə danışıb: "Elmar Baxşıyev tanıdığım insandır, mən "Qəbələ”də olanda, əvəzedici heyəti çalışdırırdı. O vaxtdan onu tanıyırdım, münasibətim də var. Yaxşı, bacarıqlı məşqçidir. "Qəbələ"də neçə illərdir ki, komandanın oynadığı oyun, nəticələri də göz qabağında idi. Xoş gəlib. Təki, xeyirlisi olsun".

Mirbağırağa

Xəbər xətti