"Real"ın müdafiəçisi Antonio Rudiger komandasının dünya futbolundakı statusundan söhbət açıb.
Sportal.az xəbər verrir ki, almaniyalı futbolçu "Marca"ya müsahibəsində "kral klubu"nun dəyərli olmasından danışıb:
"Oynadığım və eyni zamanda yüksək statusuna malik olan digər klublara hörmətlə yanaşaraq bildirirəm ki, onları və heç bir bir klubu "Real"la müqayisə etmək olmaz. Bu klubun 14 Çempionlar Liqası kuboku var. Bu hər zaman deyilməsə də, "Real"da məqsəd həmişə Çempionlar Liqasını qazanmaqdır. Təbii ki, siz təzyiq hiss edirsiniz, mən bunu keçən il artıq yaşamışam. Burada bütün yolu getməyə hazır olmalısınız. Məqsəd həmişə qələbə qazanmaqdır. Heç-heçə və ya məğlubiyyət seçim deyil".
Xatırladaq ki, 2022-ci ilin yayında “Real Madrid”ə keçməzdən əvvəl Rudiger “Çelsi”, “Roma” və “Ştutqart”da çıxış edib.
saytlarin hazirlanmasi