Ukraynanın "Polesye" klubunun azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev Premyer Liqanın 23-cü turunda “Minay” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.
Sportal.az xəbər verir ki, bu görüşdə qolla yadda qalan Azərbaycan millisinin üzvü klubun rəsmi saytına açıqlamasında bunları deyib:
"Allaha şükür edirəm ki, çoxdan gözlənilən bu cür qələbə qazandıq. Meydanda çox səy göstərdik və hesab edirəm ki, qələbəyə layiq idik. Vurduğum qola gəlincə, Talles təklif etdi ki, qolu bu cür qeyd edək. Təbii ki, soruşanda etiraz etmədim, çünki bu bizim o, yoldaşımızdır, dostumuzdur, qardaşımızdır. Filip Budkovskinin davam edə bilməyəcəyi bəlli olanda məşqçi 4-4-1 sxeminə keçməyimizi dedi. Doğrudan da on nəfər oynamaq çətin oldu, amma bacardıq".
Əlavə edək ki, "Polesye" 23 tura 36 xal qazanaraq 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi