"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro "qırmızı şeytanlar"ın hazırkı nəticələri ilə bağlı fikirlərini bölüşüb.
Sporta.az xəbər verir ki, "ESPN"ə danışan braziliyalı komandasının titul uğrunda mübarozə apara bilməməsinə aydınlıq gətirib:
"Bu mürəkkəbdir. Titullar urğunda mübarizə aparmamağımız məni əsəbiləşdirir. Birinci yerdəki "Liverpul"la fərqimiz 20 xaldır. Bəzən buna görə yata bilmirəm. Bu, reallıqdır. Çempionlar Liqasında titul və ya yerlər haqda fikirləşməyin mənası yoxdur, indiki matçları düşünməliyik. Son matçlarda doqquz xal qazanmaq imkanımız var idi, amma iki qol vurduq, buna görə də əsəbiləşdik".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 31 turundan sonra “Mançester Yunayted” 49 xal toplayıb və hazırda altıncı pillədə qərarlaşıb. Həmçinin “qırmızı şeytanlar” Çempionlar Liqasında qrupdan vəsiqə qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi