"İmişli"dən əzmkar qələbə - VİDEO

20:25 - 10 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXI tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün liderlər qrupunda yer alan "İmişli" doğma meydanda "İrəvan"ı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "İmişli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 23 xalı olan "İrəvan" isə 7-ci yerdədir.

"İmişli" - "İrəvan" 3:2
Qollar: 
Elşən Abdullayev, 17, Xəqani Sadıxov, 25, Xəzər Mahmudov, 90+1 - Bayram Əliyev, 62, Xəyyam Hüseynov, 85 (avtoqol)

Xəbər xətti