"Beşiktaş" "Bayer"in hücumçusu Patrik Şiki icarəyə götürməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi artıq Leverkuzen təmsilçisi ilə danışıqlara başlayıb və forvardı icarəyə götürməyi planlaşdırır.
Türkiyə klubu "Bayer"ə bir mövsümlük icarə təklifi göndərib.
Çexiyalı hücumçu Bundesliqada 14 oyun keçirib və 5 qol vurub.
28 yaşlı futbolçunun Avropa Liqasında isə 5 oyuna 5 qolu var. Patrik 2020-ci ildə “Roma”dan “Bayer”ə keçib. Onun Almaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Şik “Sparta”, “Bohemians”, “Sampdoriya”, Leyptsiq”də oynayıb.
saytlarin hazirlanmasi