"Sabah" Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qarabağ”a qarşı keçirəcəyi oyununu 4 futbolçusu buraxacaq.
Sportal.az xəbər verir ki, mövsümü erkən başa vuran zədəli Kristian Seballos, Namik Alekskerov və Vinsent Tillə yanaşı, vərəqə cəzalısı Ayaz Quliyev də sarı vərəqələrin çox olması səbəbindən matçı buraxacaq.
"Sabah" - "Qarabağ" oyunu aprelin 14-də “Bank Republika Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
"Sabah" 40 xalla hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi