Qazaxıstan çempionu "Neftçi"nin legionerini heyətinə qatmaq istəyir

18:23 - 11 Aprel 2024

"Neftçi"nin futbolçusu Kilan Lebonun komandada qalıb-qalmayacağı dəqiq deyil.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın aparıcı futbolçusunun xidmətində maraqlı olan klublar var.

Onlar arasında Qazaxıstan təmsilçilərinin olduğu da qeyd edilir.

Azərbaycana məhz "Astana"dan gələn Lebon indi də bu ölkənin 2 klubunun maraq dairəsindədir.

Onlardan biri “Ordabası”dır. Şimkent təmsilçisi yayda Lebonu heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Aleksandr Sednyovun Kilanı şəxsən sərəncamında görmək istədiyi iddia olunur. Qeyd edək ki, “Ordabası” son mövsümün çempionudur. Sen-Marten millisinin üzvü “Şambli”, “Qazelek”, “Kretey”, “Beroe” klubları ilə yanaşı “Astana”da da oynayıb. O, 2023-cü il yanvar ayında “Neftçi”yə keçib.

 

Xəbər xətti