“Qarabağ”ın futbolçusu Patrik Andrade Bolqarıstan mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, “sportal.bg” portalına müsahibə verən kabo-verdeli bu mövsümdəki vəziyyətilə bağlı fikirlərini bildirib:
"Komanda addım-addım irəliləyir. Biz “Neftçi” və “Zirə”dən böyük fərqlə layiqincə liderlik edirik. Azarkeşlərimizin bəyəndiyi kimi, tamamilə hücum futbolu oynayırıq. Son kubok matçında “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldik. Biz əzmlə oynayırıq və heç bir rəqibi də qiymətləndirməyə bilmərik. Matçlara son dərəcə ciddi yanaşırıq. Avropa Liqasına gəlincə, 1/8 finalın çox dramatik cavab oyununda Leverkuzendə “Bayer”ə (2:3) uduzduq, əlavə vaxtda iki qol buraxdıq. “Bayer” Leverkuzendə çılğın oyunda qalib gəldi, ilk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. İkinci matçda iki qol şansından yararlana bilmədik və bəxt bizim tərəfimizdə deyildi. Hamımız həqiqətən çox üzüldük, amma bu futboldur. Ümid edirəm ki, növbəti dəfə Çempionlar Liqasında oynayacağıq. Bu mənim böyük arzumdur".
saytlarin hazirlanmasi