Birinci Liqa: "Şamaxı" xal itirdi

21:24 - 11 Aprel 2024

Bu gün I Liqada XXI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə üç matç baş tutub. 

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan "Şamaxı" evdə "Mingəçevir"lə bərabərə qalıb. "Qaradağ Lökbatan" isə "Zaqatala"nı məğlub edib. 

I Liqa
XXI tur

11 aprel

"Şamaxı" - "Mingəçevir" 0:0

"Karvan" - MOİK 1:0
Qol: Ruslan Süleymanov, 79 (pen.)

"Qaradağ Lökbatan" - "Zaqatala" 2:0
Qollar: Jozef Akyam, 79, Xəlil Bəşirov, 85

Xəbər xətti