Bu gün basketbol üzrə Azərbaycan Liqasında 17-ci turun oyunları davam etdirilib.
Sportal.az xəbər verir ki, turun ikinci oyun günündə bir qarşılaşma baş tutub. “Sərhədçi” idman kompleksində “Neftçi” və “Xırdalan” komandaları qarşılaşıb.
“Xırdalan” “overtime”da rəqibini məğlub edib.
“Neftçi” – “Xırdalan” 109:114 (27:20, 22:18, 14:24, 26:27, 20:25)
Kirk Teyvion dubl-dabl (45 xal + 10 asist) ilə matçın ən yaxşı oyunçusu oldu.
Turun digər oyunları bu həftə keçiriləcək:
12 aprel
19:30 “Sumqayıt” – “Sabah”
13 aprel
14:00 “Cəlilabad” – “NTD-İndiqo”
14 aprel
14:00 “Şəki” – “Gəncə”
Şəki