Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ” və “Turan-Tovuz” meydana itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin heyətində dörd futbolçu olmayacaq. Zurab Oçiqava və Murad Musayev diskvalifikasiyaya görə, Ahmed Ayzaya və Ülvi İsgəndərov isə zədə səbəbindən oynaya bilməyəcək.
“Turan Tovuz”da isə Alexandro Serrano cəzalı, Veysəl Rzayevlə Roderik Miller isə zədə səbəbindən “Qəbələ”yə qarşı matçı buraxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı aprelin 13-də Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə 16:30-da start veriləcək.
saytlarin hazirlanmasi