İspaniyalı futbolçu: "Qarabağ"a lap əvvəl keçmədiyimə görə daha çox təəssüflənirəm"

13:34 - 12 Aprel 2024

İspaniyalı vinger Xayme Romero "Qarabağ"da keçirdiyi dönəmdən danışıb. 

Sportal.az xəbər verir ki, "El Periódico de Aragon"a açıqlama verən Ağdam klubunun sabiq futbolçusu bu cür 

"Karyeramın Azərbaycan və İrandakı perioduna görə peşmanam? Təbii ki, Azərbaycandakı karyerama görə qəti peşman deyiləm. Əksinə, "Qarabağ"a lap əvvəl keçmədiyimə görə daha çox təəssüflənirəm. Bu, həyatımın ən yaxşı dövrlərindən idi. Əla vaxt keçirdim və futbol səviyyəsində həmişəkindən daha yaxşı idim. “Qarabağ” böyük və əla klubdur. Sadəcə, dizimdən zədələndim. İran haqqında eyni şeyi deyə bilmərəm, baxmayaraq ki, ölkədə mənə çox yaxşı münasibət bəsləyirdilər, amma orada futbol sarıdan alınmadı".

Özümə daha yaxşı baxsaydım, zədədən qaçmaq mümkün idi? Bu, böyük cəfəngiyatdır. “Qarabağ”dakılardan soruşsanız, deyərlər ki, mən sözün əsl mənasında idman zalında yaşamışam, heç çölə çıxmamışam. Bütün günü futbolla məşğul idim".

“Saraqosa”, “Udineze”, “Osasuna”, “Kordova”, “Luqo”, “Kartaxena”, “Orduspor”, “Bari”, “Albasete” klublarında oynayan 33 yaşlı futbolçu hazırda klubsuzdur.

Xəbər xətti