"Ştutqart" Aleksandr Nübelin icarə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
O, daha iki il "Ştutqart"ın qapısını qoruyacaq.
"Bavariya"ya məxsus olan Nübel 2023-cü ilin yayından "Ştutqart"da çıxış edir.
Bu arada, Münhen təmsilçisi özü də, 27 yaşlı qolkiperlə müqavilənin müddətini 2029-cu ilə qədər artırıb.
saytlarin hazirlanmasi