"Barselona"nın sabiq üzvü İngiltərəyə qayıdır

14:34 - 12 Aprel 2024

"Barselona"nın sabiq futbolçusu Artur Melo İngiltərə qayıtmağa hazırlaşır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində "Arsenal" maraqlıdır.

27 yaşlı futbolçu hazırda icarə əsasında "Fiorentina"nın formasını geyinir. Melo müqavilə ilə "Yuventus"a məxsusdur. 

İtaliya çempionatının cari mövsümündə Melo 27 oyun keçirib.

27 yaşlı futbolçu əvvəllər “Liverpul”un formasını geyinib.

 

Xəbər xətti