Kape-verdeli yarımmüdafiəçi Leandro Andrade "Qarabağ"dakı performansından danışıb.
Sportal.az "SIC Noticias"a istinadən xəbər verir ki, Andrade xüsusən də klubun I Qarabağ müharibəsi zamanı çətin dövr yaşadığını söyləyib:
"O dövrlər klub üçün çətin idi. Bununla belə, klub indi inanılmaz artım mərhələsini yaşayır. "Qarabağ"da hamı bir-birinə ailə üzvü kimi yanaşır. Baş məşqçimiz Qurban Qurbanov hər şeyə çox ciddi yanaşan adamdır və hamımız üçün ata fiquruna çevrilib. O, təkcə futbolun səviyyəsinə deyil, bizim rifahımıza da fikir verir. Heç nəyi qaçırmır".
Leandro çox müasir hesab etdiyi, bir çox görməli yerləri olan Azərbaycanın paytaxtı haqda da xoş fikilər səsləndirib. Sonda isə o, artıq Azərbaycan və rus dillərini öyrəndiyini, Qurban Qurbanovla bu dillərdə dialoq qurduğunu əlavə edib.
saytlarin hazirlanmasi