“Bayer”in(Leverkuzen)baş məşqçisi Xabi Alonso komandasının birbaşa rəqibin xal itkisinə görə deyil, Bundesliqanın növbəti turunda qalib gələrək Almaniya çempionu olmasını istəyir.
Sportal.az “sport.es”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məsələ haqda bu cür danışıb:
“Şənbə günü divanda oturaraq çempionluğu rəsmiləşdirsək, bu mənim üçün böyük sürpriz olacaq. Düzünü desəm, Bundesliqada çempionluğu divanda oturaraq yox, meydanda olarkən qeyd etməyə üstünlük verərdim".
Xatırladaq ki, “Bayer” 28 turdan sonra 76 xal toplayaraq birinci yerdədir. Eyni sayda matçdan sonra "Bavariya" 60 xal qazanıb. Çempionatın başa çatmasına altı tur qalıb. Münhen klubu növbəti turda uduzsa, “aspirinlər” isə qalib gələrsə, Almaniya çempionluğunu rəsmiləşdirəcək.
saytlarin hazirlanmasi