“Sportinq”in müdafiəçisi Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, “Çelsi” Diomande üçün hərəkətə keçib.
20 yaşlı mərkəz müdafiəçisinin özü də London klubuna transferə razılıq verib.
Fil dişi Sahili millisinin də formasını geyinən Usmanın “Sportinq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-da başa çatacaq.
Afrikalı "Midtülland", "Mafra" klublarındaoynadıqdan sonra 2023-cü ildə "Sportinq"ə keçmişdi.
saytlarin hazirlanmasi