"Əl-Şarjah"ıın futbolçusu Miralem Pyaniç Fransaya qayıtmağa hazırlaşır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "Barselona"nın keçmiş oyunçusuna "Metz"dən təklif gəlib.
Bosniyalı yarımmüdafiəçi yeni mövsümə məhz Fransa klubunda başlamağı planlaşdırır.
34 yaşlı futbolçu "Mets"in yetirməsidir. Pyaniç "Lion", "Yuventus", "Roma", "Barselona" və "Beşiktaş" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi