Xorvatiya mətbuatı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”ın “Qarabağ”ı məğlub etməsini şərh edib.
Sportal.az xəbər verirki, “gol.hr” portalı Masazır təmsilçisinin Avropa Liqasında bu mövsüm uğurlu çıxışı ilə yadda qalan “Qarabağ”a qarşı göstərdiyi mübarizəni xüsusi vurğulayıb:
"Krunoslav Renduliç bir aydan bir qədər əvvəl “Sabah”a baş məşqçi təyin olunsa da, artıq kiçik bir möcüzə edə bildi. Onun komandası evdə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edib. Bir ay əvvəl “Bay Arena”da 2:0 hesabı ilə öndə olan həmin “Qarabağ” bir anlıq “Bayer”ə təhlükə yaşatmışdı. Lakin Xabi Alonsonun komandası möcüzəvi şəkildə sağ qalıb və artırılmış dəqiqələrdə qalib gəldi. Amma az qala hamı Azərbaycan klubunun Bundesliqa lideri ilə belə cəsur oyuna görə tərifləyirdi. "Qarabağ”ın liqada təqibçilərini xeyli geridə qoyması bu komandanın çox güclü olmasını göstərir. 30 turdan sonra ikinci pillədə qərarlaşan “Neftçi”ni 25 xal qabaqlayır.
“Qarabağ”la oyunda Renduliç üçün hər şey plana uyğun getmədi. Artıq 7-ci dəqiqədə “Qarabağ” Andradenin qolu sayəsində hesabda önə keçdi. Amma bu qol sanki xorvatiyalı mütəxəssisin komandasını silkələdi. “Sabah” 16-cı dəqiqədə Seydiyevlə bərabərlik qolunu vurdu, Sekidika isə ilk hissədə vəziyyəti tamamilə dəyişdi. Matçın sonunadək meydan sahibləri Mütəllimov sayəsində hesabı 3:1 edib, Axundzadə isə 76-cı dəqiqədə “Qarabağ”ın ikinci qolunu vuraraq matça son qoydu.
Bu qələbədən sonra “Sabah”ın hələ də avrokuboklara vəsiqə qazanmaq ümidi qalır. Üçüncü pillədə qərarlaşan “Zirə” çempionatın bitməsinə altı tur qalmış onları cəmi üç xal qabaqlayır”.
saytlarin hazirlanmasi