"Barselona" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi matçdan öncə açıqlama verib. İspan mütəxəssis PSJ-dəki həmkarı Luis Enrike haqda xoş sözlər səsləndirib:
"Luis Enrike dünyanın ən yaxşı baş məşqçilərindən biridir. PSJ-nin sabah çox cəsarətli oynayacağını düşünürəm. Yarımfinal üçün ümidimiz, arzumuz var. Sabah bizim üçün xüsusi gecə ola bilər".
Qeyd edək ki, "Barselona" - PSJ qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-a baş tutacaq. Komandalar arasında Parisdə keçirilən ilk oyun ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi