Polşa mətbautı “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun ölkə çempionatının 28-ci turunun “Radomiak Radom”la oyundakı (3:2) çıxışını yüksək qiymətləndirib.
Sportal.az xəbər verir ki, “Łódzki Sport” portalı Məmmədov barədə bunları yazıb:
"Məmmədov matçın böyük hissəsində arxayın oynadı. Lakin qol vura bilmədi. 77-ci dəqiqədə isə “Radomiak”ın təhlükəli əks-hücumunun qarşısını kobudluqla alsa da, meydanı erkən tərk etmək təhlükəsini yaşadı. Bu epizodda hakimin ona ikinci sarı vərəqə göstərməyə tam haqqı var idi".
Xatırladaq ki, Məmmədov bütün oyunu meydana olub və 10-cu dəqiqədə sarı vərəqə alıb.
saytlarin hazirlanmasi