"Hər dəfə nəsə yolunda getmir, gah səhvlərə yol veririk, gah da qırmızı vərəqə alırıq"

19:22 - 16 Aprel 2024

"Araz-Naxçıvan"ın bosniya və herseqovinalı müdafiəçisi Numan Kurdiç Sportal.az saytına açıqlama verib. O, Premyer Liqanın 30-cu turunda “Neftçi”yə 0:3 hesabı ilə məğlubiyyətlərini şərh edib:

"Bu görüşdə xal və xallar qazanmaq istəyirdik. Lakin alınmadı. Çünki “Neftçi” bizdən daha yaxşı idi. Daha yaxşı, ağıllı oynadılar, topa daha çox nəzarət etdilər, vəssalam. Sonda da qələbəni onlar qazandı. Artıq komanda 10 oyundur ki, uduzur. Təbii ki, bu durum bizim üçün ürəkaçan deyil".

Kurdiç, komandasının növbəti turun “Səbail”lə görüşündə qələbə qazanacaqlarına inandığını deyib:

"Qarşıda bizi "Səbail"lə görüş gözləyir. Rəqibimizin yaxşı komanda olduğunu bilirik. Amma inanıram ki, bu dəfə qələbə qazana biləcəyik. Bunun üçün maksimumu edəcəyik. Bilirsiz, hər dəfə nəsə yolunda getmir. Məsələn, biz 1:0 qalib gəlirik, gah bir neçə mənasız səhvlərə yol veririk, rəqib hesabı bərabərləşdirir. Gah da, qırmızı vərəqə alırıq və sonda uduzuruq. Ümidvaram ki, “Səbail”lə görüşdə belə olmayacaq".

Mirbağırağa
 

Xəbər xətti