"Ayaks" sabiq baş məşqçisinə müqavilə təklif etdi

19:44 - 16 Aprel 2024

"Ayaks" rəhbərliyi "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı baş məşqçi postuna təyin etməyi planlaşdırır.

Sportal.az "Manutd.One" portalına istinadən xəbər verir ki, Amsterdam klubunun rəhbərliyi hazırda sabiq çalışdırıcısına prioritet kimi baxır.
Ondan istədikləri cavabı almasalar, bundan sonra başqa variantlar üzərində işləyəcəklər. Artıq ona ilkin müqavilə təklif edilib.

Qeyd edək ki, o, 2022-ci ildən “Mançester Yunayted”ə rəhbərlik edir. Niderlandlı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir. Erik əvvəllər “Utrext”, “Bavariya II” klublarında işləyib. O, 2017-2022-ci illərdə "Ayaks"ı çalışdırıb.

"Mançester Yunayted" 32 turdan sonra 50 xalla Premyer Liqada turnir cədvəlinin 7-ci pilləsindədir. 
 

Xəbər xətti