"Krasnodar"ın futbolçusu Kadi Borgesin yayda "Qarabağ"a qayıdacağı ilə iddia olunur. Hətta, Ağdam klubunun mövsümün əvvəlində braziliyalını Rusiya klubundan icarəyə götürəcəyi də gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, "Qarabağ"ın Kadini bu yay icarəyə götürmək planı yoxdur. Hətta 27 yaşlı futbolçu özü də, Azərbaycana qayıtmağı planlaşdırmır. Murad Musayevin gəlişindən sonra daha çox oyun praktikası qazanacağını ehtimal edən Kadi əsas heyət uğrunda mübarizə aparacaq və “Qarabağ”a qayıtmaqla bağlı planı yoxdur.
Qeyd edək ki, “Krasnodar” 2023-cü ildə Kadini “Qarabağ”dan transfer edib. O, 2026-cı il iyunun 30-na qədər Rusiya klubuna məxsusdur.
Borges karyerası ərzində “Kuritiba”, “Londrina”, “Eştoril”, “Vilafrankense” komandalarında da oynayıb.