"Arsenal" Aleksander Zinçenko ilə yollarını ayıra bilər.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, ukraynalı futbolçunun "topçular"la müqavilə müddəti iki ildən sonra başa çatacaq.
London təmsilçisi isə Zinçenkonu yayda satmağı planlaşdırır. Futbolçu özü qalmaqda israr edərsə, onunla müqavilə müddəti artırılacaq. "Arsenal" isə öz növbəsində onu "Yuventus"a satmaq niyyətindədir.
27 yaşlı Zinçenko Premyer Liqanda bu mövsüm 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ukrayna millisinin üzvü “Ufa”, “Mançester Siti”, PSV-də oynadıqdan sonra 2022-ci ildə “Arsenal”a keçib.
saytlarin hazirlanmasi