Andrey Lunyov: "Qarabağ" Rusiyada çempionluq uğrunda, minimum ilk üçlük üçün mübarizə apara bilərdi"

10:18 - 17 Aprel 2024

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib. Sportal.az xəbər verir ki, “sports.ru”ya danışan təcrübəli qolkiper Azərbaycanda aldığı maaşının “Zenit”də qazandığından qat-qat az olduğunu deyib.

- Demişdiz ki, “pul ən vacib şey deyil” dediniz. Əsas olan nədir?

Ailə. Mənim üçün ailəmin rahatlığı prioritetdir.

- Pul həm də ailənin rahatlığı deməkdir...

Şübhəsiz ki. Eyni zamanda, yaxşı şəraiti təmin edə biləcək bir çox ölkə və çempionatlar var, ancaq gündəlik həyatda xüsusi mühitdə ailə o qədər də rahat olmayacaq. 

- Azərbaycan mətbuatı yazır ki, sizin “Qarabağ”da maaşınız “Zenit”dəkindən 5 dəfə azdır...

Özümü rahat hiss edirəm. Seçim böyük deyildi. Rusiyadan variantlar var idi, amma mən Avropada qalmaq istəyirdim.

- Murad Musayev bildirib ki, “Qarabağ” Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara bilər. Bu haqda nə fikirləşirsən

Razıyam. “Qarabağ” Rusiyada çempionluq uğrunda, minimum ilk üçlük üçün mübarizə apara bilərdi. Yeganə məqam Rusiya futbolunun spesifik olmasıdır. Bizim liqa daha qapalı və sərtdir. “Qarabağ”ı belə şəraitdə kənardan izləmək çox maraqlı olardı. Ola bilsin ki, indi Rusiyada nəsə dəyişib, amma mən “Zenit”də oynayanda bir çox komandalar topu bizə verirdi və ona nəzarət etməyə belə cəhd göstərmirdilər. 

- Azərbaycanda belə deyil?

Azərbaycandakı komandalar cəhd edirlər, amma "Qarabağ"dan topu ala bilmirlər. Onlar topu saxlamaqla təzyiqdən çıxmağa çalışırlar. Burada yüksək təzyiq göstərməyə çalışırlar: çox az komanda ortada və ya üçüncü zonada müdafiəyə oturur. Bu məni təəccübləndirdi. Deməzdim ki, hər hansı komanda ilə bizim üçün çox asan olur. Halbuki, bəzən 5:0 və ya 7:0 hesablı qələbələr qeydə alınır. Matçlar maraqlı məqamlarla doludur. Sadəcə oyunçuların keyfiyyəti və taktiki gedişlər öz sözünü deyir. 

Xəbər xətti