Azərbaycan millisinin rəqibi San-Marino ilə qarşılaşacaq

11:18 - 17 Aprel 2024

Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığmasının rəqibi olan futbol üzrə Slovakiya yığması iki yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, AVRO-2024-ə hazırlaşan Slovakiya millisi əvvəlcə Avstriyada San-Marino (5 iyun), daha sonra evdə Uelslə(9 iyun) qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisinin rəqibi AVRO-2024-də Belçika, Rumıniya və Ukrayna milliləri ilə eyni qrupda çıxış edəcək.

Millimiz sentyabrın 8-də və oktyabrın 14-də Slovakiya ilə qarşılaşacaq.

Xəbər xətti