"Neftçi"nin vingeri Reziuan Mirzov Rusiyanın bir sıra komandalarının maraq dairəsindədir.
Sportal.az "football24.ru" portalına istinadən xəbər verir ki, rusiyalı hücumçu növbəti mövsüm üçün RPL-dən bir neçə təklif alıb.
Amma konkret olaraq klubların adı açıqlanmır. 30 yaşlı futbolçu iyunda azad agent olacaq.
Mirzov “Neftçi”nin heyətində keçirdiyi 23 rəsmi görüşdə yalnız bir dəfə məhsuldar ötürmə edə bilib.
Onun Rusiyadakı son klubu "Ximki" olub. "Spartak"da isə təcrübəli yarımmüdafiəçi 27 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi