"Səbail"ə qarşı matç çox maraqlı və gərgin alındı. Oyuna yaxşı tərəf biz idik. Rəqibdən açıq-aşkar üstün oynayırdıq. Hesabda da 2:0 da önə keçdik. Sadəcə ikinci hissədə diqqətsizlik oldu, bəlkə də rahatlaşdıq... Futboldur da, olur".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in hücumçusu Amil Yunanov deyib.
O, komandasının Premyer Liqanın 30-cu turunda "Səbail"lə 3:3 oynamasını şərh edib. Təcrübəli hücumçu komandasının növbəti turda "Sabah"a qarşı oynayacaqları görüşdən gözləntilərini də bölüşüb:
"Səbail"lə matçda hesabda da geri düşsək də, toparlandıq və bərabərlik qolunu vurduq. Xalsız qalmadıq. Bir xal da yaxşıdır, ən azından uduzmadıq. Çünki gözəl oynamışdıq. O cür oyunun qarşılığında uduzmaq düzgün olmazdı. Komanda son zamanlrda çox yaxşı çıxış edir. Artıq həmin matçı unutmuşuq və qarşıdakı tur barədə düşünürük. "Sabah" yaxşı komandadır. Onlar yaxşı futbol oynayırlar, heyətlərində də yaxşı futbolçuları var. Çətin olacağı dəqiqdir. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. Bu güc özümüzdə var. Yaxşı olacağına inanıram".
saytlarin hazirlanmasi