Braziliya millisinin sabiq üzvü Romario karyerasını 58 yaşında bərpa edib.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, o, oğlu ilə eyni klubda oynayacaq.
Belə ki, Romario prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum maaş alacaq və onu da kluba bağışlayacaq. “Amerika de Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da forma geyinir.
Komanda hazırda D Seriyasında mübarizə aparır.
saytlarin hazirlanmasi