Azərbaycan millisinin üzvü seçimini etdi: komandada qalır, yoxsa iş yerini dəyişir?

14:18 - 17 Aprel 2024

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçü böyük ehtimalla “Eyndhoven”də qalacaq.

Sportal.az saytına verilən məlumata görə, Niderland klubu 25 yaşlı vingerin müqavilə müddətini bir illik artırmaq hüququna malik idi. Onlar da bundan istifadə etməyi lazım bilib.

Belə ki, yeni müqaviləyə əsasən Kökçü 2025-ci il iyunun 30-na qədər “Eyndhoven”ə məxsus olacaq.

Halbuki millimizin üzvünə Azərbaycan Premyer Liqasının klubları da maraq göstərirdi.

Kökçü “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında çıxış edib.

Xəbər xətti