"Bavariya"nın keçmiş sədri Oliver Kan Münhen klubunun PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni transfer etməyə çalışıb-çalışmadığından danışıb.
Sportal.az xəbər verir ki, "Bild"ə danışan veteran qolkiper Mbappeni transfer etməyin çətin olduğunu söyləyib:
"Heç bir konkretlik yox idi. Kilianı Parisdən çıxarmaq mümkün deyildi. Haalandın isə "Borussiya" ilə müqaviləsində sərbəst qalma maddəsi var idi. Bunu nəzərə almasaydıq, səhlənkarlıq olardı. Biz Avropanın ən yaxşı hücumçularını müəyyən etməli və onlardan hansının bizə yaraşacağını qiymətləndirməli idik".
Xatırladaq ki, Mbappenin 2024-cü ilin fevral ayının ilk həftəsində “Real”la müqavilə imzaladığı daha əvvəl bildirilmişdi. Futbolçunun klubla müqaviləsi 5 illikdir. Kilian 2017-ci ildən PSJ-də oynayır. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb.
saytlarin hazirlanmasi