Mahir Emrelinin komanda yoldaşı Superliqada oynaya bilər

15:36 - 17 Aprel 2024

"Dinamo" (Zaqreb) və Xorvatiya millisinin forvardı Bruno Petkoviç Türkiyədə oynaya bilər. 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi 29 yaşlı forvardın xidmətində maraqlıdır.

Tərəflərin danışıqlara start verdiyi və şifahi razılıq əldə edildiyi bildirilir. 

Petkoviç bu mövsüm 36 oyunda 17 qol vurub. Onun Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, "Dinamo"nun forvardlarından biri də milli komandamızın üzvü Mahir Emrelidir.

Xəbər xətti