"Real"ın heyətinə yeni futbolçu cəlb etmək istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya nəhəngi "Nottingem Forest"in müdafiəçisi Murillonu heyətinə qatmağı planlaşdırır.

21 yaşlı futbolçu bu mövsüm 27 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. 

21yaşlı futbolçu “Korintians”dan “Nottingem Forest”ə keçib.