"Kocaelispor"un azərbaycanlı hücumçusu Ramil Şeydayev Türkiyə I Liqasının 31-ci turunun "Ümraniyespor"la qarşıdakı oyununda daha diqqətli olmalıdır.
Sportal.az xəbər verir ki, millimizin forvardının "Giresunspor"la (2:0) görüşdə yeni komandasında aldığı üçüncü sarı vərəqə olub.
Bu barədə “Kocaeli Koz” portalı məlumat yayıb. Şeydayev “Ümraniyespor”la matçda sarı vərəqə ilə cəzalansa, aprelin 28-də İzmitdə “Bandırmaspor”a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.
Qeyd edək ki, “Ümraniyespor" - "Kocaelispor" matçı aprelin 22-də baş tutacaq.
saytlarin hazirlanmasi